Satınalma üzrə mütəxəssis
Norm LLC

Iş haqqında

Norm Sement zavodu Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur. Hazırda şirkətimizə Satınalma üzrə mütəxəssis tələb olunur. Əsas vəzifə və öhdəliklər: - Satınalmanın təşkili: Avadanlıqların, ehtiyat hissələrin, alətlərin və digər istismar materiallarının şirkətin və qrupun qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınması, tədarükü - Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi: Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Tədarükçülərin və Təchizatçıların araşdırılması, səfərlər etməklə tədarükçülərin qiymətləndirilməsi, tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması - Daha sərfəli şərtlər və qiymətlər təklif edən yeni təchizatçıların aşkar edilməsi üçün bazarların təhlil edilməsi - Alış Tələbnamələrini vatlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi - Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi - Təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması - Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması - Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi Tələblər: • İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil (Magistr dərəcəsi) • Əlaqədar sahədə 3 il iş təcrübəsi • Sərbəst ingilis dili biliyi • MS office proqramlarından istifadə bacarığı • CİPS sertifikatı arzuolunandır Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır. Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 20/11/2019 [hidestr] Company: Norm LLC Title: Satınalma üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 15.11.2019
  • Bitmə tarixi : 15.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 45
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Norm LLC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az