Satınalma üzrə mütəxəssis
Veysəloğlu Şirkətlər Qrupu

Iş haqqında

  Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə: Satınalma üzrə mütəxəssis İş yeri: Bakı şəhəri İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi Təhsil: Ali təhsil Yaş həddi: 21-35 İşin təsviri: Cəmiyyət adından kommersiya məqsədli xammalların, köməkçi materialların, ehtiyat hissələrinin, reklam materiallarının alınması üzrə fəaliyyəti həyata keçirir. Vəzifə öhdəlikləri: - Planlama şöbəsinin xammal və köməkçi material, Texniki İşlər Şöbəsinin ehtiyat hissə və avadanlıq tələbləri əsasında daxili və xarici bazarı araşdırmaq, monitorinq aparmaq, tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq; - Satın alınması üçün nəzərdə tutulan məhsul nümunələrinin gətirilməsini təşkil etmək; - Satın alınması nəzərdə tutulmuş malların alışları barədə qiymət danışıqlarını aparmaq, razılaşmaların ən sərfəli şərtlərdə müəyyən olunmasına çalışmaq; - Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq; - Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək; - Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq - Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək - Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək - Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq - Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq - Xarici bazarlarda yeni mallar üzrə araşdırmalar aparmaq, satınalmalar üzrə daha səmərəli təkliflər hazırlayaraq rəhbərinə təqdim etmək - Fəaliyyətinə həvəslə yanaşmaq, yaradıcı, enerjili, intizamlı olmaq, partnyorlarla münasibətdə yüksək ünsiyyətqurma qabiliyyəti nümayiş etdirmək, fəaliyyəti ilə bağlı yeni biliklər və təcrübə toplamaq, sosial təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmaq - Hər həftə təyin olunmuş gündə yükləmə məlumatlarını proqram təminatına daxil etmək, yüklərin hərəkətini izləmək, mütəmadi olaraq rəhbərinə məlumat vermək Tələblər: - Ali təhsil - Cinsi: Qadın - Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməli - MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı. - Məsuliyyətli, təmkinli və diqqətli; Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - Nahar ilə təmin edilmə; - Endirimli tibb xidməti; - 6 günlük iş qrafiki; - Əmək müqaviləsi. Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Satnalma mütəxəssisi” yazmaqla müraciət edilir. [hidestr] Company: Veysəloğlu Şirkətlər Qrupu Title: Satınalma üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 18.11.2019
  • Bitmə tarixi : 18.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 46
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Veysəloğlu Şirkətlər Qrupu
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az