Satış üzrə mütəxəssis
Corn Processing Company

Iş haqqında

www.cpccom.az "CPC" MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. "CPC" MMC - də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir. SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 93, AZ1000) İş vaxtı: I - V günlər 09:00 - 18:00 Tabeçilik: Satış və Marketinq departamentinin müdiri İŞİN TƏSVİRİ − Zavodun (qlükoza, fruktoza, nişasta) istehsal etdiyi əsas məhsulların qənnadı, ət, süd istehsalı və sənayə sahələrinə satışını həyata keçirmək; − Yan məhsulların (qlüten, qarğıdalı özəyi, kəpəyi) fermalara və aqro-parklara satışını həyata keçirmək; − Müştəri bazası yaratmaq, təhlil etmək və öyrənmək; − Müştəri bazasının artırılması məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq; − Biznesin inkişafı üçün yerli alıcılarla sıx əlaqə qurmaq; − Potensial alıcıları keyfiyyətli və maraqlı təkliflərlə cəlb etmək; − Müntəzəm səfərlər, telefon zəngləri və e-poçt əlaqələri ilə yeni və mövcud müştərilərlə əlaqələr saxlamaq; − Həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim etmək; − Yeni əlaqələr qurmaq üçün şirkətlərin və müştərilərin nümayəndələri ilə görüşlər keçirmək; − Rəqiblərin bazarını müntəzəm olaraq araşdırmaq; NAMİZƏDƏ DAİR TƏLƏBLƏR − Müstəsna satış bacarıqları və sübut edilmiş satış təcrübəsi; − Ali təhsil; − Dil bilikləri (Azərbaycan dilində səlis danışıq, İngilis və Rus dillərini bilmək arzuolunandır); − Office proqramlarında, xüsusi ilə Excell proqramında işləmə bacarığı; − Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi (aqro və qənnadi səhalərində təcrübəsi olanlara üstünlük veriləcək); Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 01.12.2019 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) [hidestr] Company: Corn Processing Company Title: Satış üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 19.11.2019
  • Bitmə tarixi : 19.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 50
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Corn Processing Company
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az