İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
Kontakt Home

Iş haqqında

Company: Kontakt Home "Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur. "Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır. Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz. Vacancy: İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Vəzifələr: • Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması və tərcümə edilməsi (azərbaycan, rus dillərinə); • PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması; • KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması; • Bazarda tanıtım məqsədi ilə şəbəkə məhsullarının və yerinə yetirilən xidmətlərin reklamı üçün ideyalar təklif etmək; • Şirkət brendinin və təqdim etdiyi məhsulların tanıdılması ilə bağlı müxtəlif PR aksiya və kampaniyaların təşkilində iştirak; • Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak; • Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi; • Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin icrası; • Korporativ tədbirlərin təşkilində iştirak.   Zəruri tələblər: • İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində 1 ildən az olmayan iş təcrübəsi; • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti; • Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli; • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti; • Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı; • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı; • Kollektivdə çalışmaq qabiliyyəti. Arzuolunan tələblər: • Müvafiq sahədə ali təhsil üstünlükdür; • İngilis dili əlavə üstünlükdür; • Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür. İş barədə məlumat - İş qrafiki: I-V günlər, 09:00-18:00 - AR Əmək Məcəlləsinə əsasən sənədləşmə - Rəqabətqabiliyyətli əmək haqqı Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. [hidestr] Company: Kontakt Home Title: İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 19.11.2019
  • Bitmə tarixi : 19.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 58
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Kontakt Home
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az