Kredit anderraytinq strukturunun meneceri
AFB Bank

Iş haqqında

AFB Bank Kredit anderraytinq strukturunun meneceri vəzifəsinə vakansiya elan edir. Vəzifə: Menecer İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: • Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit və digər dəqiq və texniki sahələr); • Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi sahəsində ən az 3 il rəhbərlik təcrübəsi; • Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində dərin nəzəri və praktiki biliklər; • Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər; • Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə dərin biliklər; • Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər; • Analitik düşüncə qabiliyyəti və detallara qarşı diqqətli olabilmə; • Strukturun işini qurmaq, idarə etmək və əməkdaşlarının işinə nəzarət etmək bacarığı; • İri kreditlərin qiymətləndirilməsini və monitorinqini bilmək; • Kredit reytinq və skorinq sistemlərinin qurulmasını bilmək. İŞİN TƏSVİRİ: • Strateji inkişaf planını əsas götürməklə, biznes kredit bazarını, müştəri istəklərini, filialların biznes kreditləşmə üzrə istəklərini, daxili kreditləşmə proseslərinin mütəmadi olaraq təhlil edilməsi; • İdarə heyəti tərəfindən müəyyən olunmuş limitdən yuxarı biznes kreditləri üzrə bizneslərə və onların girovlarına yerində baxışda iştirak etmək; • Biznes və mikro kreditlər üzrə kreditlərin qiymətləndirilməsi, rəy verilməsi və limiti daxilində kreditin verilməsi üzrə qərar qəbul edilməsi.; • İdarə Heyətinin müəyyən etdiyi forma və müddətlərdə kredit biznesi üzrə hesabatlar hazırlanması; • Götürülən girovların kreditə xidmət olunan dövrdə yenidən qiymətləndirilməsinin təşkil edilməsi; • Bankın müştərilərinin akkreditivlər və qarantiyalar üzrə sifarişlərinin qiymətləndirilməsi, rəy verilməsi və limiti daxılındə qərar qəbul edilməsi; Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit anderraytinq strukturunun meneceri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik. [hidestr] Company: AFB Bank Title: Kredit anderraytinq strukturunun meneceri [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 20.11.2019
  • Bitmə tarixi : 20.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 36
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : AFB Bank
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az