Satış Nümayəndəsi
Azerbaijan Poultry Company MMC

Iş haqqında

Tutduğu vəzifə - Satış Nümayəndəsi Kimə hesabat verir - Bölgə müdirinə Bilavasitə tabeçiliyində olanlar- yoxdur Əsas vəzifələri • Öncədən müəyyən olunmuş gündəlik marşrut üzrə ticarət nöqtələrini ziyarət edərək sifarişləri toplamaq. Rut üzrə müəyyən olunmuş bütün ticarət nöqtələrini ziyarət etməlidir. • Yeni ticarət nöqtələri ilə müqavilə bağlamaq və şirkətə məxsus malların satışı, düzülüşünü, ticarət nöqtəsinin əməkdaşlarının məhsul üzrə biliklərini təmin etmək. • Verilmiş məhsullar üzrə borcları daim nəzəarətdə saxlamaq. Şirkət tərəfindən müəyyən olunmuş vədələrə uyğun olaraq maddi vəsaitin toplanması və şirkətin kassasına təhvili. • Hər kvartal ticarət nöqtəsi ilə kvartal üzrə fəaliyyəti tamamlamaq növbəti kvartal üzrə fəaliyyətlərin planlanması. • Götürdüyü sifarişlərin növbəti gün ekspeditor tərəfindən marketə düzgün və vaxtında çatdırılmasına nəzarət etmək. • Mövcud çeşidlərin hər ay Ticarət nöqtələri üzrə planlamasını etməli, yeni çeşidlərin müvafiq ticarət nöqtələrində satılmasının təmin etməli. • Şirkətə keçirilən kampaniyalar haqqında müvafiq məlumatları ticarət nöqtələrinin rəhbər və səlahiyyətli nümayəndələrə çatdırmalı. • Ona verilmiş satış hədəflərinə çatmaq üçün müvafiq fəaliyyəti təşkil etmək. • Bazardakı rəqib məhsulların və şirkət məhsulların rəf qiymətlərinə daim nəzarət etmək və ayda iki dəfə müdirinə yazılı məlumat vermək.  •  Bazardakı rəqib məhsulların və şirkət məhsulların kampaniyası fəaliyyətinə daim nəzarət etmək və ayda iki dəfə müdirinə yazılı məlumat vermək.  • Müştərilərlə daim xoş ünsiyyət saxlayır və şirkətin keyfiyyət standartları haqqında məlumat verir. • Ona verilən  elektron cihazları lazımi qaydada istismar edir. • Müştərilərə şirkətin endirim və ödəniş standartları haqqında dürüst məlumat verir. • Sifariş və real satış haqqında məlumatları gündəlik olaraq iş lövhəsinə işləməli. • İş lövhəsində lazımi bütün məlumatları əks etdirir. • Birbaşa tabe olduğu müdiri tərəfindən tapşırıqların icrası; • Satış nümayəndəsi şirkətin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etməli və maksimum dərəcədə məsuliyyətli olmalıdır • Birbaşa tabe olduğu müdirə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat verməlidir • Satış nümayəndələri satış nöqtəsinin anbardakı şirkətin məhsullarının varlığına nəzarət etməlidir . • İşin başlanmasına ən azı on beş dəqiqə qalmış satış nöqtəsində olmalıdır. İstirahət (çay, yemək) vaxtı istisna olmaqla marşrut xəttini tərk etməməlidir. •  Ziyarət etdiyi ticarət nöqtələrində malları vitrin və ya rəflərə düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır. • Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməlidir • Satış apararkən daim düzülüşü yeniləməlidir. Vəzifəyə olan tələblər • Orta və ya ali təhsil; • Yeni ideyalara malik olma və təşəbbüskarlıq qabiliyyəti, • Ünsiyyət qurma bacarığı, • Problemləri həll etmə bacarığı, • Ms Office proqramında işləyə bilmək bacarığı Müraciət etmək istəyənlərdən məktubun mövzu hissəsində Satış Nümayəndəsi qeyd etməklə CV-i [email protected] ünvanına göndərmələri xahiş olunur. [hidestr] Company: Azerbaijan Poultry Company MMC Title: Satış Nümayəndəsi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 21.11.2019
  • Bitmə tarixi : 21.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 52
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Azerbaijan Poultry Company MMC
  • Ünvan : Azərbaycan
  • Link :
  • Mənbə : jobsearch.az