Keyyfiyyət üzrə Menecer
Sağlam Ailə

Iş haqqında

Keyyfiyyət üzrə Menecer Vəzifə öhdəlikləri: - Müəssisədə İSO 9001:2015 standartlarının tələblərinin tətbiq edilməsi, müvafiq olaraq lazımi sənədlərin (prosedur və təlimatlar) tərtib edilməsi, müəssisənin keyfiyyət sahəsində siyasətinin və illik hədəflərinin hazırlanması; - İstehsalın müxtəlif mərhələlərində, işlərin (xidmətlərin), hazırlanan və istehsal olunan məhsulların, işlərin (xidmətlərin) xarakteristikası olan keyfiyyət göstəricilərini təhlil edilməsi; - Keyfiyyətin idarə edilməsi sisteminin inkişafı, təkmilləşdirilməsi və tətbiqi, keyfiyyət göstəriciləri üçün standartların və onların uyğunluğunun monitorinqində iştirak edilməsi; - Məhsulların istehsal prosesində, hazır məhsulların (xidmətlərin) test edilməsində və keyfiyyətlərini təsdiqləyən sənədlərin tərtib olunmasında mövcud keyfiyyətə nəzarət metodları və təlimatlarının işlənib hazırlanması; - Şöbə və bölmələrdə (filiallar da daxil olmaqla) Keyfiyyət Menecment Sisteminin tələblərinin gözlənilməsinə nəzarət edilməsi; - Şöbələrin fəaliyyəti zamanı meydana çıxan (və ya yarana biləcəyi ehtimal olunan) uyğunsuzluq hallarını təhlil edilməsi, aradan qaldırılması üçün zəruri olan düzəldici və önləyici tədbirlər hazırlanması, effektivliyini izlənməsi, nəticələrin dəyərləndirilməsi; Digər məsuliyyətlər: - İSO aktlarının reyestrinin mütəmadi monitorinqi, dəyişiklik və əlavələr üzrə yenilənmələrini həyata keçirlməsi; - Şöbələr üzrə İSO statistikasının aylıq, rüblük, yarımillik və illik hesabatlarının hazırlanması; - Şöbə tərəfindən aşkarlanan uyğunsuzluqların İSO sistemində aktlaşdırılması və reyestrə əlavə olunması prosedurunun icra olunması; - Daxil olan İSO aktlarının araşdırılması və cavablandırılması; - Əlaqəli şöbələrin məsul şəxslərindən təklifləri toplayaraq rəhbərlik qarşısında müzakirəyə çıxarmaq; - Aidiyyatı struktur bölmələrinin işinə nəzarət etmək; - Tabeliyində olan işçilərlə mütəmadi brifinq və təlimlər təşkil etmək, komanda işini təşkil etmək; Təhsil: - Keyfiyyətə nəzarət, İdarəetmə və Menecment sahəsində Ali təhsil; - ISO 9001:2015 keyfiyyət idarəetmə standartı üzrə daxili auditor, CQM sertifikatları arzuolunandır; - Rus dili, İngilis dili yaxşı səviyyədə; - ERP, MS Power Point, və MS Excell proqramları üzrə yüksək bilik; - Sahə üzrə iş təcrübəsi min. 5 il; Bilik və bacarıqılar: - Məhsul(xidmət) keyfiyyətinin idarə edilməsi üçün qərar, əmr, sərəncam, metodiki və tənzimləyici materialları; - İstehsal (xidmət) qüsurlarının növləri, onun qarşısının alınması və aradan qaldırılması üsullarını; - Texnoloji proseslər və istehsal rejimləri haqqında bilikləri; - Məhsul və xidmət istehsalına dövlət nəzarəti və idarələrarası keyfiyyətə nəzarət sistemini bilməlidir; Müraciət: E - mail: [email protected] ünvanına vakansiya adını mövzu yerinə qeyd etməklə müraciət edə bilərsiniz. [hidestr] Company: Sağlam Ailə Title: Keyyfiyyət üzrə Menecer [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 21.11.2019
  • Bitmə tarixi : 21.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 71
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Sağlam Ailə
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az