Hüquq Departamenti, Aparıcı hüquqşünas
Sumgait Technologies Park LLC

Iş haqqında

Vəzifənin adı: Hüquq Departamenti, Aparıcı hüquqşünas Vəzifə öhdəlikləri: • Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması; • Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək; • Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası; • Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası; • Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi; • Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi; • Departament rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi. Təhsil/Təcrübə: • Ali hüquq təhsili; • Minimum 3 (üç) il iş (korporativ / müqavilə hüququ) təcrübəsi; • Rus və ingilis dili bilikləri (təcrübəli istifadəçi); • Mülki hüquq sahəsində təkmil nəzəri və praktik biliklər. • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli; • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı; • İşgüzar və məsuliyyətli olmalı. Əlavə məlumatlar: • Əmək haqqı razılaşma əsasında; • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə; • İş qrafiki: 5 gün, 09:00 – 18:00 • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı hüquqşünas” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. [hidestr] Company: Sumgait Technologies Park LLC Title: Hüquq Departamenti, Aparıcı hüquqşünas [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 22.11.2019
  • Bitmə tarixi : 22.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 42
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Sumgait Technologies Park LLC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az