Satış üzrə mütəxəssis
MZ Exclusive

Iş haqqında

“MZ Exclusive” şirkəti Azərbaycanda ən böyük ixtisaslaşmış distribyutor mərkəzlərindən biridir. Biz peşəkar olaraq bütün ictimai iaşə müəssisələrinə (restoran, kafe, otel, kinoteatr, istirahət mərkəzləri və s.) məhsulların çatdırılması ilə məşğul oluruq. Şirkətimizin anbarları FSSC22000 sistemi üzrə sertifikatlaşdırılmışdır. Anbarlar və saxlama kameraları bütün beynəlxalq standartlara cavab verir, müasir yükləmə-boşaltma texnikası, avtonom elektrik təchizatı, müxtəlif temperatur rejimlərinin saxlanması üçün soyuducu avadanlıqlar və bütün temperatur rejimlərinə uzaqdan nəzarət etmək imkanı ilə təchiz olunmuşdur. Şirkətin işçi heyəti daima müştərilərə keyfiyyətli xidmət göstərməyə çalışır və həmişə səmərəli və qarşılıqlı fayda gətirən əməkdaşlıqdan məmnunluq duyur. Müştərilərimiz: Hilton Hotels & Resorts,Four Seasons Hotels & Resorts, Fairmont Hotels & Resorts, Park inn by Radisson, Papa Johns, Hard Rock cafe, Holiday İnn, Hyatt Regency və digər. Tərəfdaşlarımız: LambWeston, Hochland , Cargill, Heinz, Miss Rella, Dijo. Vəzifə - Satış üzrə mütəxəssis İşəgötürən: “MZ Exclusive” MMC Əsas vəzifə və öhdəliklər:  Potensial yeni müştərilərin axtarışı və cəlb olunması;  Potensial müştərilər ilə işgüzar görüşlərin təşkili və aparılması;  Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət;  Müştərilərin aktiv axtarışı və yeni müştəri bazasının yaradılması;  Məhsulların təqdim olunması;  Müqavilələrin bağlanmasını təmin edərək satışı təşkil etmək;  Müştəri məmnuniyyətini təmin etmək;  Yeni məhsullar barədə müştəriləri məlumatlandırmaq;  Debitor borclara nəzarət etmək. Namizədə aid tələblər:  20-40 yaş arasında;  Ali təhsilli olması;  Səlis azərbaycan, rus və ingilis dili bilikləri;  Satış və dağıtım ilə bağlı ən azı 1 il iş təcrübəsi;  Microsoft Office proqramlarını sərbəst bilməsi mütləqdir;  Diqqətli, məsuliyyətli ,çevik olması, ünsiyyətcil;  Xoş və səliqəli xarici görünüş;  Xasiyyətnamə tələb olunur;  İş xüsusiyyətlərini nəzərə alaraq, bəy namizədlərə üstünlük verilir. İş şəraiti:  AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;  Sınaq müddəti- 3 ay;  Əmək haqqı: 500 AZN. Mail: [email protected] CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun. [hidestr] Company: MZ Exclusive Title: Satış üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 22.11.2019
  • Bitmə tarixi : 22.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 56
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : MZ Exclusive
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az