KOS Kredit Risk Anderrayteri
PASHA Bank

Iş haqqında

KOS Kredit Risk Anderrayteri Azərbaycanın ən böyük Korporativ bankı PAŞA Bank komandasına qoşulmaq üçün Kommersiya və KOS Bankçılıq üzrə Anderrayterlər axtarır. Vəzifənin məqsədi: Müştəri bazasının keyfiyyətinə əmin olaraq Bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə Kommersiya/Kiçik və Orta Müəssisələrlə Bankçılıq üzrə potensial borc alanlarla bağlı kredit riski təhlilini etməyə cavabdehdir. Vəzifə öhdəlikləri: • Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək • Kredit Komitəsində və yaxud birbaşa Kredit Risklərinin Anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar Tələb edilən bilik, bacarıq və təcrübə • Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili. • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi • Analiz, qərarvermə və ünsiyyət bacarıqları • Lisenziya/ Sertifikat:, ACCA (üstünlük verilir) • Səlis Azərbaycan dili • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir • Kompüter bilikləri: Microsoft Office Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “KOS Kredit Risk Anderrayteri” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır. [hidestr] Company: PASHA Bank Title: KOS Kredit Risk Anderrayteri [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 22.11.2019
  • Bitmə tarixi : 22.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 46
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : PASHA Bank
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az