Məhsul üzrə menecer
Kontakt Home

Iş haqqında

Company: Kontakt Home "Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur. "Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır. Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz. Vacancy: Məhsul üzrə menecer Vəzifə öhdəlikləri: • Assortimentlərin yaradılması; • Bazar tələbatının, rəqiblərin assortimentlərinin öyrənilməsi; • Məhsulun gəlirliliyini təyin etmək; • Məhsulun alışı və ehtiyatının qeydiyyatının aparılması; sifarişlərin yerləşdirilməsi, təchizatçılarla danışıqların aparılması; • Qiymətin təyin edilməsi, məhsulun satılma tezliyini təyin etmək; • Satışın stimullaşdırılması, reklam və promo aksiyaların təşkil edilməsi. • Merçendayzinq standartlarının hazırlanması. Tələblər: • Ali təhsil; • Elektronika sahəsindən (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) məlumatlı olmalı; • Vəzifə üzrə iş təcrübəsi – 1 ildən; • Azərbaycan və rus dillərini yüksək səviyyədə, İngilis dilini yaxşı səviyyədə bilməli; • Ofis və 1C proqramlarını yüksək səviyyədə bilməlidir. İş şəraiti: - AR Əmək Məcəlləsinə əsasən sənədləşmə - İş qrafiki: I-V günlər, 09:00-18:00 - Rəqabətqabiliyyətli əmək haqqı Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Məhsul üzrə menecer” qeyd edərək CV formasını İ[email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. [hidestr] Company: Kontakt Home Title: Məhsul üzrə menecer [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 22.11.2019
  • Bitmə tarixi : 22.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 46
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Kontakt Home
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az