Müştəri xidmətləri şöbəsinin aparıcı və baş mütəxəssisi
Bank BTB

Iş haqqında

Bank “BTB” ASC Müştəri xidmətləri şöbəsinin aparıcı və baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir. Müştəri xidmətləri şöbəsinin aparıcı və baş mütəxəssisi İş barədə məlumat: • Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək; • Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək; • Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq; • Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq; • Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması; • Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək; • Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq; • Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək. Namizədə tələblər: • Vahid komandada işləmək qabiliyyəti; • Azərbaycan, rus dillərini bilmək; • Gərgin əmək şəraitində işləmək qabiliyyəti; • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 25.12.2019-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur. [hidestr] Company: Bank BTB Title: Müştəri xidmətləri şöbəsinin aparıcı və baş mütəxəssisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 25.11.2019
  • Bitmə tarixi : 25.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 35
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Bank BTB
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az