İnsan Resursları Departamentinin Mütəxəssisi
AccessBank

Iş haqqında

İnsan Resursları Departamentinin Mütəxəssisi Öhdəliklər: • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirmək. • Əmək kitabçalarında əmrlər əsasında qeydlər aparmaq. • Əməkdaşlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq. • Əməkdaşların şəxsi işlərini aparmaq, formalaşdırmaq. • Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq, Vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək • Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq. • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək. • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək. • Qeyri-residentlərin sənədlərinin Dövlət Miqrasiya Xidmətinə təqdim etmək • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək. • Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək. • Əmək məhsuldarlığını artırmaq, işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq. Tələblər: • Ali təhsil • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi • Azərbaycan, Rus və İngilis dillərini bilmək • Əmək qanunvericiliyinin və digər normativ-hüquqi aktların əsaslarını bilmək • E-gov Elektron Hökumət Portalında işləyə bilmək; • İR Departamentinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilmək; • Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, təqaüdlərin təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini bilmək; • Əmək proseslərinin təşkili, sosial psixologiya və sosiologiyanın əsaslarını bilmək; • Komandada işləmək və ünsiyyət qurma bacarığı; • Problemləri həll etmə bacarığı; • Detallara xüsusi diqqətlilik; • Stresə davamlı. Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. [hidestr] Company: AccessBank Title: İnsan Resursları Departamentinin Mütəxəssisi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 26.11.2019
  • Bitmə tarixi : 26.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 35
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : AccessBank
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az