İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS
AZƏRBAYCAN UNİVERSİTETİ MMC

Iş haqqında

- Əmək və xidmət müqavilələrini hazırlamaq və imzalanmasını təmin etmək, əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə, kadrlar barədə məlumatları müvafiq elektron sistemə daxil etmək - Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək - Təsdiqlənmiş kadr əmrlərinin qeydiyyatını aparmaq, işçilərin şəxsi işlərini (işçilərə aid kadr sənədlərini) formalaşdırmaq - Əmək kitabçalarının qəbulu (açılması), doldurulması, saxlanılması və əmək stajının hesablanmasını həyata keçirmək, işçilərə əmək fəaliyyətinə dair arayış və xasiyyətnamələr hazırlamaq - İşçilərin sığortalanmasını təşkil etmək və sığorta müddətinin axınına nəzarət etmək, habelə qanunvericiliklə müəyyən olunmuş müddətdə işçilərə sosial sığorta kartının açılması üçün zəruri tədbirlər görmək - Məzuniyyətləri və ezamiyyələri rəsmiləşdirmək və siyahıya almaq - Universitetin təşkilati struktur və ştat cədvəlinin layihəsini hazırlamaq - Hesabatları və statistik məlumatları hazırlamaq - İşçilərin aylıq işə davamiyyət (tabel) cədvəllərini toplamaq, yoxlamaq və orada qeyd olunan məlumatların müvafiq elektron proqramlara daxil etmək - Yeni təyinatlar, vəzifə dəyişiklikləri, qeyri-iş günləri, qısaldılmış iş vaxtları, bayram və işçilərin ad günü təbrikləri, digər zəruri bildirişlər ilə bağlı e-mail məktublar göndərmək - İşçilərin treninqlərə və müasir standartlara cavab verən tədris kurslarına göndərilməsini təşkil etmək, bu məqsədlə treninq və kursların müəyyənləşdirilməsi, ora göndəriləcək işçilərin siyahısının tərtib edilməsini təmin etmək - İşə qəbul prosesində iştirak etmək, departament müdirinin və aidiyyəti şəxslərin iştirakı ilə namizədlərin müsahibəsini aparmaq və işə qəbul ilə əlaqədar departament müdirinin digər tapşırıqlarını yerinə yetirmək - İşçilərin əmək qanunvericiliyinin pozulması ilə əlaqədar olan şikayətlərini (ərizələrini) araşdırmaq, şikayətin səbəbləri müəyyən etmək və onların aradan qaldırılması üçün departament müdirinə təkliflər təqdim etmək - İş rejimi - Həftə içi 5 gün saat: 08:30-dan 17:30-dək - İş Yeri: Bakı ş., C.Hacıbəyli 71 [b]Namizədə tələblər[/b] - Azərbaycan Respublikasının təhsil və əmək qanunvericiliyini bilmək - Kadr işinin təşkilini, kargüzarlığın aparılmasını - İnsan resurslarına aid elektron proqramlardan istifadə qaydalarını (e-gov, 1C) - MS ofis proqramları - Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı - Ünsiyyətdə mehribanlıq və gülərüzlülük - Operativ çalışma və məsuliyyətlilik - Komanda ilə işləmək bacarığı - İşi vaxtında və yüksək keyfiyyətlə tərtib etmək bacarığı - Rus və İngilis dilini bilməsi arzuolunandır. Əmək haqqı-Namizədin bilik və təcrübəsinə uyğun müəyyən ediləcəkdir. Maraqlanan şəxslər şəkilli CV-lərini E-mail – in mövzü bölməsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək [email protected] ünvanına 22.12.2019-cu il tarixinədək göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. [hidestr] Company: AZƏRBAYCAN UNİVERSİTETİ MMC Title: İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 26.11.2019
  • Bitmə tarixi : 26.12.2019
  • Əlqədar şəxs : Əfəndiyeva Kəmalə
  • Təhsil : Ali
  • Yaş həddi : 30  − 40
  • Əmək haqqı : 500  − 700AZN
  • Kategoriya :
  • Baxış sayı : 50
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında