Filialların idarə edilməsi Strukturunun direktoru
AFB Bank

Iş haqqında

AFB Bank Filialların idarə edilməsi Strukturunun direktoru vəzifəsinə vakansiya elan edir. Vəzifə: Direktor İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: • Ali təhsil; • Satış texnikalarını, bank məhsulları,onların əsas xüsusiyyətlərini dərindən bilmək; • İdarəetmə bacarığı və təcrübəsinə malik olmaq, komanda yaratmaq və onları idarə edə bilmək bacarığı, • Bank sahəsində rəhbər vəzifədə ən az 5 il iş təcrübəsi; • Azərbaycan dilində sərbəst danışıq bacarığı (ingilis, rus dili biliyi arzu olunandır); • Ünsiyyətqurma, problemləri həll etmə və komandada işləmək bacarığı; • MS office proqramlarında işləmək bacarığı; İŞİN TƏSVİRİ: • Filialların bazarda (region üzrə) mövqeyinin, göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin, fəaliyyətinin effektivliyinin mütəmadi öyrənilməsi; • Filialların işində yaranan problemlərin, onların yaranma səbəblərinin ( mütəmadi ) müəyyən edilməsi,onların həll olunması ilə əlaqədar təkliflərin hazırlanması və İdarə Heyətinə təqdim edilməsi; • Filialların fəaliyyəti ilə bağlı məlumatın toplanılması və onun qərar qəbul edilməsi üçün məqbul vəziyyətə gətirilməsi və əldə edilmiş məlumatlar və hesabatlar əsasında filialların fəaliyyəti ilə bağlı Bankın rəhbərliyinə təkliflərin verilməsi; • Aparılmış araşdırma və təhlillər əsasında Bankın yeni filial və şöbəsinin açılması,bağlanması və yerinin dəyişməsi ilə bağlı təkliflərin və prosedurların hazırlanması, İdarə Heyətinə təqdim edilməsi və bu layihələrin (proseslərin) idarə edilməsi; • Filialların, o cümlədən onların əməkdaşlarının əsas funksiyaları və vəzifələrini özündə əks etdirən standart əsasnamə və prosedurların hazırlanması və təkmilləşdirilməsi. • Filial rəhbərlərinin işə qəbulu, Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiyadan keçməsi,onların bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlimlərin keçirilməsi, eləcə də onların işdən azad olunması proseslərində iştirak; • Qərarların icrasına nəzarət – Qəbul edilmiş qərarların (İH, Komitələr və s.) icrası, eləcə də müzakirə edilmiş məsələlərlə bağlı Filialların işinin yoxlanılması;qərarların icrası ilə əlaqədar Bankın Strukturları ilə əlaqəli işin təşkili; • Filialların maliyyə göstəricilərinə nəzarət edilməsi, bununla bağlı filialların bankın digər aidiyyəti strukturları ilə əlaqələndirilməsinin təşkil edilməsi; • Müştərilərə xidmət keyfiyyətinə nəzarət – müştərilərə xidmət keyfiyyətinə nəzarətin təşkilivə artırılması ilə bağlı təkliflərin verilməsi Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Filialların idarə edilməsi Strukturunun direktoru” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik. [hidestr] Company: AFB Bank Title: Filialların idarə edilməsi Strukturunun direktoru [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 27.11.2019
  • Bitmə tarixi : 27.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 47
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : AFB Bank
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az