İnsan resursları şöbəsinin rəhbəri
Retail Group Azerbaijan LLC

Iş haqqında

Şirkət: Retail Group Azərbaycan İş yeri: Nargiz Mall Baş Ofis İş vaxtı: 5 günlük (həftədə 40 saat) Şənbə - Bazar istirahət günləri Vəzifə: İnsan resursları şöbəsinin rəhbəri Əmək haqqı: 2000 AZN NET Tabeçilik: Ölkə üzrə direktor Qeyd: Tibbi sığorta ilə təminat (rəsmi sınaq müddətindən sonra) Vəzifə və öhdəliklər: 1. Beynəlxalq şirkətdə İnsan resursları proseslərinin idarə edilməsi; 2. İşə qəbul, xitam, vəzifə dəyişikliyi, təlimlər və s. ibarət olan insan resursları prosedurlarının əhatə edildiyi təşkilati işlərin həyata keçirilməsi; 3. İşə qəbul, təlimlər, əmək haqqı proseslərinin koordinasiyası və idarə edilməsi; 4. İnsan resursları qaydalarının təkmilləşdirilməsi və tətbiq edilməsi; 5. Təsdiq edilmiş qaydalara uyğun olaraq işə qəbul prosesinin həyata keçirilməsi və idarə edilməsi; 6. Şöbə rəhbərlərinə yeni işçilərin qəbulu ilə bağlı müvafiq dəstək və tövsiyyələrin verilməsi; 7. Baş ofisdə vakant vəzifələrlə bağlı müvafiq elanların verilməsi; 8. Müsahibələrin keçirilməsi və lazım olduqda müsahibə mərhələlərində iştirak; 9. Vəzifə təlimatlarının yazılması, yenilənməsində iştirak və bu prosesin təşkil edilməsi; 10. Xidməti fəaliyyətin qiymətləndirilməsi (KPİ, target, evaluation) prosesinin təşkil edilməsi və həyata keçirilməsi; 11. İşçi heyəti üçün müvafiq təlimlərin təşkil edilməsi, keçirilməsi və keçirilməsinə nəzarət; 12. Günlük, həftəlik, aylıq davamiyyətə nəzarət edilməsi; 13. İşçilərin əmək haqlarının, aylıq bonuslarının hesablanmasına nəzarət edilməsi və bu prosesin təşkili; 14. İnsan resurslarının büdcəsinin idarə edilməsi; 15. Şirkətin beynəlxalq və baş ofisi ilə mütəmadi əlaqələrin qurulması; 16. Baş ofis tərəfindən təşkil edilən İnsan resursları ilə bağlı layihələrdə iştirak etmək; 17. Daxili nizam-intizama nəzarət edilməsi; 18. Administrativ dəstəyin göstərilməsi; 19. Şirkətin beynəlxalq qaydalarının daxili qanunvericiliyə uyğunluğunun təmin edilməsi; 20. İşə qəbul, xitam, vəzifə dəyişikliyi ilə bağlı sənədləşmələrin qanunauyğunluğuna nəzarət edilməsi; 21. Əmək müqavilələrinin bağlanmasına və dəyişdirilməsinə, həmçinin Elektron hökümət portal ilə işə nəzarət edilməsi; Tələblər: 1. İnsan resursları sahəsində 3-5 il iş təcrübəsi; 2. Yüksək səviyyədə idarəçilik bacarıqları; 3. Yüksək səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri də üstünlük təşkil edir); 4. Ofis proqramlarından əla səviyyədə istifadə etmək bacarıqları; 5. Tələbkarlıq, inandıra bilmək, təqdimat, problemləri həll edə bilmək, məsələlərə kompleks yanaşma bacarıqları. 6. Ali təhsil. Zəhmət olmasa yalnız göstərilmiş tələblərə cavab verən namizədlər öz CV formalarını (şəkilli, azərbaycan və ya ingilis dillərində) [email protected] email ünvanına göndərsinlər. Müsahibələrin növbəti mərhələsinə yalnız uyğun və seçilmiş namizədlər dəvət ediləcəkdir. [hidestr] Company: Retail Group Azerbaijan LLC Title: İnsan resursları şöbəsinin rəhbəri [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 27.11.2019
  • Bitmə tarixi : 27.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 49
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Retail Group Azerbaijan LLC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az