Sistem administratoru
PAŞA Sığorta

Iş haqqında

“PAŞA Sığorta” ASC namizədləri “Sistem administratoru” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə və Öhdəliklər: - Əməliyyat sistemlərinin qurulmasına və uyğunlaşdırılmasına nəzarət etmək; - Fiziki serverlər, “Router”, “Switch”, “Storage”-ların qurulması, idarə olunması və nəzarətini həyata keçirmək; - Sistemlərin yüksək dərəcədə balanslaşdırılmış və dayanıqlı işini təmin etmək; - İnformasiya sistemlərinin və avadanlıqların monitorinqini həyata keçirmək; - Məlumat təhlükəsizliyi üçün texniki nəzarət mexanizmlərini planlaşdırmaq və tətbiqinə nəzarət etmək; - “Backup” sistemlərini quraşdırmaq, tələblərə əsasən uyğunlaşdıraraq nəzarəti həyata keçirmək; - Şəbəkələrin fiziki və məntiqi struktur diaqramlarını qurmaq, İT prosedurları hazırlamaq; - Sistemlərin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə vaxtaşırı hesabat vermək; - Şirkətin İT siyasət və prosedurlarını uyğun formada işləmək; - İT əməliyyatlarında və texniki avadanlıqlar üçün maddi məsuliyyət daşımaq; - Vmware virtuallaşdırma sisteminin idarəedilməsini və nəzarətini həyata keçirmək; - Birbaşa rəhbərin şifahi və yazılı göstərişlərini yerinə yetirmək; Bilik və bacarıqlar: • İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır; • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti; • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq; • CISCO Router və Switch-lərinin idarə olunmasını bilmək; • Load Balancing üzrə biliklər; • Web Application Firewall ürzə biliklər; • Windows Server, Linux Server, Internet Information Services (IIS) üzrə biliklər, • MS SQL server üzrə administrativ biliklər; • Active Directory, müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə nəzəri biliklər; • İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə biliklər; • Proseslərin avtomatlaşdırması üçün powershell skriptlərin yazılması və dəstəklənməsi ; • CI/CD ürzə teorik biliklərin olması; • MS Team Foundation Serverdə iş təcrübəsi arzu olunandır; • Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi; • Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilmək; • MCSE, CCNA R&S və CCNA Security sertifikatlarının olması arzu olunandır. Son müraciət tarixi: 25 dekabr, 2019. Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. [hidestr] Company: PAŞA Sığorta Title: Sistem administratoru [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 28.11.2019
  • Bitmə tarixi : 28.12.2019
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 38
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : PAŞA Sığorta
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az