Mal - material üzrə mühasib - Bakı şəhəri üzrə
Kristal Abşeron MTK

Iş haqqında

Mal - material üzrə mühasib - Bakı şəhəri üzrə Şirkət: “Kristal Abşeron” MTK Əmək haqqı: 1000 AZN-dən Tələblər - Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rüs dili - orta - Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək) - Analoji sahədə ən azı 3 il iş təcrübəsi (tikinti şirkətlərində təcrübəsi arzuolunandır); - Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq - MS Office (Word, Excel) yüksək səviyyədə bilmək - 1C yüksək səviyyədə bilmək - Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq - Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq Vəzifələr - İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək -Daxil olunan mal-materialların uçotunu aparmaq, proqram təminatına daxil etmək. - Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət - Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək - Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uyğun uçotunu təmin etmək - Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi - Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək - Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək - Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək İş şəraiti - İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək Əlaqələndirici şəxs : Samir Hacıyev Elektron ünvan: [email protected] [hidestr] Company: Kristal Abşeron MTK Title: Mal - material üzrə mühasib - Bakı şəhəri üzrə [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 14.02.2020
  • Bitmə tarixi : 15.03.2020
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 21
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Kristal Abşeron MTK
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az