Marketinq Menecer
Barattson School of Business & Finance

Iş haqqında

Barattson MMC - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun təlimlər verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır. Barattson “Marketinq Menecer” vəzifəsi üzrə vakansiya elan edir: Əsas vəzifə öhdəlikləri: - Şirkətin marketinq strategiya və planının işlənib hazırlanılması; - Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi; - Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edilməsi və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verilməsi; - Yeni və mövcud layihələr üzrə marketinq planların və layihələrin işlənilməsi və həyata keçirilməsi; - Marketinq analizin aparılması, fəaliyyətlərin müəyyənləşdirilməsi və planlaşdırılması; - Marketinq fəaliyyətləri ilə əlaqədar hesabatların hazırlanması; - Digital Marketinq üzrə kampaniyaları təşkili,idarəsi və nəzarət edilməsi; - Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial mühitdə daha çox tanıdılması və sosial şəbəkələrin inkişaf etdirililməsi; - Şöbələrin çap işləri, eyni zamanda sosial mediada paylaşılacaq mətn və banner müraciətlərinin qəbul edilməsi və yönləndirilməsi; - Təlim, seminar, sərgi, fuar, konfrans, memorandum və digər tədbirlərin marketinq hissəsinin təşkili və nəzarətini həyata keçirilməsi; Əsas tələblər: - Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır) - Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi - Təqdimat bacarıqları - Kreativ düşünmə qabiliyyəti - Marketinq plan və büdcə hazırlama bacarığı - Analitik düşünmə və problem həll etmə qabiliyyəti - Təzyiq altında işləmək bacarığı - Strateji təhlil və reklam sahəsində biliklər - Digital marketinq anlayışının olması - İnandırma bacarığı - Dil bilikləri: Azərbaycan və Rus dili-səlis bilməli, İngilis dili- upper intermediate ; - Kompyuter bacarıqları: Ofis programlarında proqramlarında peşəkar səviyyədə işləməyi bacarmalı Əmək haqqı: 1000-1200 Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq Menecer”qeyd olunmaqla göndərməkləri xahiş olunur. CV-nin son göndərilmə tarixi: 28 Fevral 2020 - ci il. [hidestr] Company: Barattson School of Business & Finance Title: Marketinq Menecer [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 17.02.2020
  • Bitmə tarixi : 18.03.2020
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 34
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Barattson School of Business & Finance
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az