Back end üzrə proqramçı (Marketinq departamenti)
International Bank of Azerbaijan Republic

Iş haqqında

“ABB” ASC Marketinq departamentinə VEB tərtibat və dəstək şöbəsinə Back end üzrə proqramçı vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq. Vəzifə öhdəlikləri:  Yeni veb layihələrin backend həllərinin təmin edilməsi;  Mövcud layihələrə əlavə və dəyişikliklərin edilməsi, texniki dəstək göstərilməsi;  SOAP servislərin inteqrasiyası;  RESTful API servislərin hazırlanması və istifadə olunması üzrə təcrübə. Vakant vəzifə üzrə tələblər:  Ali təhsil;  Sahə üzrə minimum 2 il təcrübə;  Python və PHP üzrə biliklər;  Obyektyönümlü proqramlaşdırma prinsiplərinə malik olmaq:  Hər hansı Python framework (Django, FLASK və s.) ilə sərbəst işləmə bacarığı;  Hər hansı PHP framework (CodeIgniter, Laravel və s.) ilə sərbəst işləmə bacarığı;  Hər hansı CMS (Wordpress, ProcessWire və s.) üzrə layihə təcrübəsi arzuolunandır;  GIT ilə sərbəst işləmə bacarığı  RESTful API və verilənlər bazaları (MySQL, PostgreSQL, MongoDB) ilə işləmə bacarığı;  HTML5, CSS3, JavaScript, jQuery üzrə biliklər arzuolunandır. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back end üzrə proqramçı (Marketinq departamenti)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az [hidestr] Company: International Bank of Azerbaijan Republic Title: Back end üzrə proqramçı (Marketinq departamenti) [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 17.02.2020
  • Bitmə tarixi : 18.03.2020
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 24
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : International Bank of Azerbaijan Republic
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az