Rəqəmsal həllərin dizaynı şöbəsinə Aparıcı/Baş dizayner
International Bank of Azerbaijan Republic

Iş haqqında

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Rəqəmsal həllərin dizaynı şöbəsinə Aparıcı/Baş dizayner vakansiyalarını elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq. Rəqəmsal innovasiyalar komandasına qoşulmağın üstünlükləri: • Mobil tətbiq, İnternet Bankçılıq və Bankın rəqəmsal məhsullarının yaradılmasında rol almaq; • Mikroservis arxitekturası və “DevOps” metodologiyasından istifadə edilməsi; • Proqram təminatlarının hazırlanması prosesində ən qabaqcıl metodologiyalardan hesab edilən “Agile Scrum” – ın tətbiq edilməsi Görəcəyiniz işlər: • Product Owner, Design Lead və Developer-lər ilə birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması; • Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi; • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiq edilməsi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi; • Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf etdirilməsi Bizim üçün ideal namizəd: • Biznes tələblərə uyğun UX dizaynların və konseptlərinin hazırlanmasında təcrübəsi olan; • Araşdırma, qiymətləndirmə və analitika bacarığı olan; • Dizaynların doğruluğunun və biznes tələblərə cavab verdiyinin yoxlanılması üçün prototip-test proseslərinin təşkil olunmasında təcrübəsi olan; • Usability və A/B testing proseslərinin təşkil edilməsi təcrübəsi olan; • Yüksək səviyyədə visual dizayn qabiliyyətləri olan; • Sketch, Figma və Adobe CS proqramlarının istifadəsində təcrübəsi olan • Yaxşı səviyyədə interaction dizayn qabiliyyətləri və ya vizyonu olan;. • Principle, XD və ya Studio proqramlarının istifadəsində təcrübəsi olan Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 05 mart 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. [hidestr] Company: International Bank of Azerbaijan Republic Title: Rəqəmsal həllərin dizaynı şöbəsinə Aparıcı/Baş dizayner [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 18.02.2020
  • Bitmə tarixi : 19.03.2020
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 1
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : International Bank of Azerbaijan Republic
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az