Mühasib
Restoranlar şəbəkəsi

Iş haqqında

Mühasib Vəzifə öhdəlikləri • Şirkətin Maliyyə şöbəsi mühasibinin qarşısında duran əsas vəzifələr otel rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir. • Maliyyə şöbəsinin mühasibi şirkətin Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir. • Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir. • Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. • Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır. • Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir. Namizədə bağlı tələblər • Təhsil-Ali; • Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq; • 1C , Microsoft Office proqramlarını əla səviyyədə bilmək; • Həmin sahə üzrə ən azı 5 il iş təcrübəsi; • Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı; İş Şərtləri: • İş vaxtı: həftədə 5 gün; • Nahar şirkət tərəfindən verilir; • Əmək haqqı: 1500 AZN. Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. [hidestr] Company: Restoranlar şəbəkəsi Title: Mühasib [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 19.02.2020
  • Bitmə tarixi : 20.03.2020
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 31
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Restoranlar şəbəkəsi
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az