Baş təlimçi
Yerli İdarəetməyə Yardım İctimai Birliyi

Iş haqqında

Vəzifə: Baş təlimçi İş yeri: Bakı, Azərbaycan Müraciətin son tarixi: 24.02.2020 Müqavilənin növü: Əmək müqaviləsi Layihənin müddəti: May 2018 – Sentyabr 2020 Ümumi məlumat “Yerli İdarəetməyə Yardım İctimai Birliyi” tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi və “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi ilə birgə “Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi və inklüziv təhsil modelininin tətbiqi proseslərinə vətəndaş cəmiyyətinin inteqrasiyası” proqramı çərçivəsində həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqların artırılması” layihəsini icra edir. Layihənin ümumi məqsədi Azərbaycanın 6 bölgəsində (Bakı, Şəki, Ağcabədi, Quba, Şamaxı, Cəlilabad) inklüziv təhsil sistemi üçün müəllimlərin tədris imkanlarının və idarəetmənin, habelə pedaqoji resursların və siyasətin təkmilləşdirilməsindən ibarətdir. Vəzifə və öhdəliklər  Layihədəki bütün təlim fəaliyyətlərinin təlim təqvimini hazırlamaq və idarə etmək;  Təlimlərin effektivliyini qiymətləndirmək və Layihə rəhbərinə hesabatlar təqdim etmək;  Təlim xərclərinin büdcəni aşmamasına nəzarət etmək;  Layihə çərçivəsində yaradılacaq resurs mərkəzlərindəki təlim fəaliyyətlərini idarə etmək;  Yeni təlimçiləri qiymətləndirmək, hazırlamaq və onlara rəhbərlik etmək ;  Bütün təlim fəaliyyətlərini vaxtlı-vaxtında həyata keçirmək; Tələb olunan təcrübə və kvalifikasiya  Müvafiq vəzifə üzrə iş təcrübəsi olmalı (beynəlxalq layihələrdə iş təcrübəsi olanlara üstünlük veriləcək);  Müxtəlif təlim və tədris metodlarından istifadə bacarığı;  Mükəmməl qərar qəbul etmə və təşkilatçılıq bacarığı;  Vaxtın idarəolunması bacarığı;  Yüksək ünsiyyət qurma və komandada işləmə bacarığı;  MS Office və verilənlər bazası ilə işləmə bacarığı Dil bilikləri:  İngilis dili Müraciət: Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan maraqları ifadə edən məktubu (Cover Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini aşağıda qeyd olunan e-mail ünvana göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (baş təlimçi) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir. E-mail: [email protected] [hidestr] Company: Yerli İdarəetməyə Yardım İctimai Birliyi Title: Baş təlimçi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 19.02.2020
  • Bitmə tarixi : 20.03.2020
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 28
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Yerli İdarəetməyə Yardım İctimai Birliyi
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az