Maliyyə üzrə baş analitik
Grand-Agro LLC

Iş haqqında

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur. Əlavə məlumat - İş yeri – Çinar Plaza - İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək - Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta - Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə Vakansiya – Maliyyə üzrə baş analitik Vəzifə öhdəlikləri • Cari gəlir və xərclər, əməliyyat planlarına uyğun Büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili, • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək • Departamentlər tərəfindən büdcənin icrası haqqında məlumat toplamaq və emal etmək • Bütün əməliyyatların büdcə daxilində olmasını yoxlamaq və uyğunluğu barədə rəy vermək, həmçinin bu əməliyyatların büdcə daxilində olmasını təmin etmək üçün maliyyə məlumatlarını ( gəlir, xərc, pul vəsaitinin idarəolunması) təhlil etmək • Xərclərə, təsdiqlənmiş illik büdcə çərçivəsində mütəmadi olaraq nəzarət etmək və kənarlaşmalar yarandıqda, kənarlaşmanın səbəbini araşdırmaq, və nəticələr barəsində birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq • Aylıq olaraq xərclərin səmərəliliyini təhlil etmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək • Aylıq, Rüblük və İllik maliyyə hesabatlarının hazırlanması • Maliyyə Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək və mühasibatlıqla addımları koordinasiya etmək • Mühasibat uçotunun qaydalarının tərtib olunması və uyğun olaraq aparılmasında iştirak etmək, büdcə tərtib edilərkən eyni prinsip və addımlar riayət etmək • Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək • Kənar auditorların məlumat təminatında iştirak etmək; • İş prosesində əməyin təhlükəsizliyi, sanitar-gigiyena,yanğın təhlükəsizliyinə və ətraf mühitin mühafizəsi qaydalarına əməl etmək Tələblər • Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları) • Təcrübə: Minimum 3 -5 il (Müvafiq sahədə 2 il ) • Sertifikatlar: ACCA / CİMA / CFA/ CPA / və ya əlaqədar sertifikatlar • Dil bilikləri: Azərbaycan Dili , İngilis dili • İT üzrə biliklər: MS Office və 1C (və ya digər mühasibatlıq proqramları) Texniki Bacarıqlar • Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklərin • İFRS üzrə biliklər • Maliyyə analizi, büdcələmə ilə bağlı biliklər • Səlis EXCEL istifadəçisi Səriştəlik • Təşəbbüskarlıq və məsuliyyətlilik • İntizamlılıq və nəticəyə köklənmə • Açıq fikirli və problemi həll etmə bacarığı • Analitik düşünmə qabiliyyəti • Düzgünlük və dəqiqlik • Yüksək təqdimat bacarığı Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Maliyyə üzrə baş analitik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. [hidestr] Company: Grand-Agro LLC Title: Maliyyə üzrə baş analitik [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 21.02.2020
  • Bitmə tarixi : 22.03.2020
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 25
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Grand-Agro LLC
  • Ünvan : Azerbaijan
  • Link :
    1.0
  • Mənbə : jobsearch.az