QAYNAQÇI
Princeps Legem

Iş haqqında

- Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir - Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir - Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və iş vaxtı onlara ciddi riayət etməlidir - İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır - Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir - Temperatur rejiminə ciddi nəzarət etməlidir - Mürəkkəb metalkonstruksiyaların qaynaq edilməsi, qaynaq olunacaq konfiqurasiyaların çertyojla oxunması və s - Qaynaq avadanlıqlarının quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir - İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir - Qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir - Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və ona ciddi əməl etməlidir [b]Namizədə tələblər[/b] - Orta-texniki təhsil - Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı - Analoji sahədə ən azı 3 il iş təcrübəsi - Azərbaycan dilini sərbəst bilməli [hidestr] Company: Princeps Legem Title: QAYNAQÇI [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 10.06.2020
  • Bitmə tarixi : 10.07.2020
  • Təhsil : Orta texniki
  • Yaş həddi : 25  − 55
  • Əmək haqqı : 1000  − 1300AZN
  • Kategoriya :
  • Baxış sayı : 46
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında