İstehsalat rəhbəri
İnternational Door MMC

Iş haqqında

"İNTERNATIONAL DOOR" MMC-yə işçi tələb olunur [b]Tələb olunan keyfiyyətlər:[/b] - Təhsil - Ali (Mexanika, avtomatika və energetika mühəndisliyi) - İş təcrübəsi: 3-7 il (istehsalat üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək) - İstehsalatın təşkilini və texnologiyasını - İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri - Xammal və yarımfabrikatların məsrəf normalarını - Məhsulun qiymətlərinin yaranması texnologiyasını - Əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını [b]Vəzifələr:[/b] - İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil edilməsi - İstehsal müəssisələrinin fəaliyyətinin hazırlanan məhsulun keyfiyyətinin yüksəldilməsinə və müştərilərə xidmət mədəniyyətinin artırılmasına yönəldilməsi - Keyfiyyət standartlarının və təhlükəsizlik qaydalarının planlaşdırılması və vaxtında təmin edilməsi - İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması - Zay məhsul buraxılışının qarşısının alınması - Bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi - İstehsalat kadrlarının mütəmadi olaraq müvafiq təlimlərə yönləndirilməsi və xidməti fəaliyyətinin qiymətləndirilməsi - İstehsal fəaliyyəti üzrə hesabatların vaxtında tərtib və təqdim olunması - İstehsalatla bağlı müəssisədaxili müəyyən olunmuş qaydada hazırlanmış müxtəlif növ aylıq hesabatların yoxlanması və təsdiqlənməsi - Əməyin normalaşdırılmasının yaxşılaşdırılması, əmək haqqı və maddi həvəsləndirmə sistemlərindən düzgün istifadə edilməsi - Məhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiq edilməsini, səmərələşdirici təkliflər və ixtiraların öyrənilməsi və tətbiqinin təmin edilməsi - Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını - İstehsalın texniki inkişafının və avadanlıqların müasirləşdirilməsinin planlaşdırılması işində, avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnmələrinin tədqiqində iştirak edib, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasının təşkil edilməsi - İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət edilməsi - İstehsalat prosesinin düzün təşkil olunmasının həyata keçirilməsi, yeni avadanlığın və mütərəqqi texnologiyanın tətbiqinin təmin edilməsi - Məhsulun hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatların keçirilməsi - İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi - Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək [b]İş şəraiti:[/b] 1 Növbəli iş rejimi: - İş qrafiki (müsahibə zamanı qarşılıqlı razılaşma yolu ilə) - Nahar şirkət tərəfindən verilir [hidestr] Company: İnternational Door MMC Title: İstehsalat rəhbəri [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 16.07.2020
  • Bitmə tarixi : 16.08.2020
  • Təhsil : Növbəli, ali образование
  • Yaş həddi : 18  − 60
  • Əmək haqqı : 2000 AZN
  • Kategoriya :
  • Baxış sayı : 39
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : İnternational Door MMC
  • Mənbə : rabota.az