BORU QAYNAQÇISI
Bakı Gəmiqayırma Zavodu MMC

Iş haqqında

- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək - Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən əsasən müxtəlif diametrli borularda qaynaq əməliyyatlarını həyata keçirmək - İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq maaşa əlavə hesablanır - Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir - Sığorta Təminatları var [b]Namizədə tələblər[/b] - Sahə ilə bağlı qaynaq aparatlarından və əl alətlərindən mükəmməl istifadə etmə bacarığı - Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının quruluşlarını və iş mexanizmlərini bilməli - Dəyişən va sabit cərəyanla qaynağın va elektrik qovsü ilə yonmanın xüsusiyyətlərinə bələd olmalı - Sürət, gərginlik və amper tənzimləmək, qaynaq zamanı problemləri müəyyənləşdirmə bacarığı - Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli - Elektrodların növlərini bilmək və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçmək - Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli - Qaynaq sonrası şovu təmizləmək və qüsurlar zamanı təmir işini aparmaq - Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli - Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılması - İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı olmalı - Boru qaynağı sahəsi üzrə 3 ildən az olmayan iş təcrübəsi - Kollektivdə işləmə bacarığı Maraqlanan namizədlər [email protected] e-mail ünvanına CV göndərə bilərlər. CV göndərən şəxslər mövzu yerində mütləq müraciət edilən vəzifənin adını göstərməlidirlər. [hidestr] Company: Bakı Gəmiqayırma Zavodu MMC Title: BORU QAYNAQÇISI [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 07.08.2020
  • Bitmə tarixi : 06.09.2020
  • Əlqədar şəxs : İnsan Resursları Departamenti
  • Təhsil : Orta
  • Yaş həddi : 23  − 55
  • Əmək haqqı : 700  − 1000AZN
  • Kategoriya :
  • Baxış sayı : 17
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında