ELEKTRİK
"Grand-Agro İnvitro" MMC

Iş haqqında

- Elektrik avadanlıqlarının təmiri üzrə ayrı-ayrı işlərin yerinə yetirilməsi - Paylayıcı qutuların, sıxacların, qoruyucu lövhələrin və işıqlandırıcı armaturun montajı və təmiri - Elektrik avadanlıqlarının hissələrinin açılıb yuyulması və silinməsi ilə tənzimlənməsi və sıxılmış hava ilə üfürülməsi - Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi - Paylayıcı lövhə və qutuların dəyişdirilməsi, qoruyucuların və qoşucuların qurulması - Elektrik mühərrikləri və generatorlarının hissələrinin yığılması, təmizlənməsi, yağlanması, şotkaların dəyişdirilməsi - Elektromaqnit və elektromexaniki avadanlıqlarda yarana biləcək problemlərin aradan qaldırılması, təmir bərpa işlərinin həyata keçirilməsi - Relelərinin təmiri, tənzimlənməsi, proqramlaşdırılması və elektrik sxemlərinə qoşulması İş şərtləri: - İş vaxtı I - V günlər 08:30-dan 17:30-dək - Şirkət tərəfindən nahar və nəqliyyat ilə təmin edilmə [b]Namizədə tələblər[/b] - Orta texniki təhsil (Müvafiq diplom və ya elektrik serfikatı) - Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi - Avadanlıqların texniki baxışını həyata keçirmək və təmir etmək bacarığı - Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər - Elektrik sxemlərini oxumaq bacarığı - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli - Elektrik avadanlıqlarının montaj olunması və elektrik sxemləri ilə işləməyi bacarmalı - Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu, elektrik materiallarının xüsusiyyətlərini bilmək və onlardan istifadə qaydalarını bacarmaq [hidestr] Company: "Grand-Agro İnvitro" MMC Title: ELEKTRİK [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 24.08.2020
  • Bitmə tarixi : 23.09.2020
  • Əlqədar şəxs : HR
  • Təhsil : Orta texniki
  • Yaş həddi : 22  − 45
  • Əmək haqqı : 700  − 900AZN
  • Kategoriya :
  • Baxış sayı : 16
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında