BAŞ MÜHASİB
Investaudit MMC

Iş haqqında

- Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək - Vergi, statistika və DSMF hesabatların hazırlanması - Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi - Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək - İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək - Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək - Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək - Hesab və elektron qaimə-fakturaların yazılması - Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi - Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması - Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması - Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi - Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi - İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi - Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq - İş prosesində məlumatların məxfiliyinin saxlanılması - İş Göyçay rayonunda yerləşir - İş qrafiki həftə içi 5 gün: saat 09:00-dan 18:00-dək - Şənbə və bazar günləri istirahət günüdür - Nahar fasiləsi saat 13:00-dan 14:00-dək - Nəzərdə tutulan əmək haqqı 1500 manat (əlavə olaraq ayrıca aylıq mükafatların verilməsi nəzərdə tutulur) [b]Namizədə tələblər[/b] - Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır) - Ərazidə (rayonda) işləməyə hazır olmalı - Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı - Komandada işləmək bacarığı - Məsuliyyətli və işində dəqiq - Vergi Məcəlləsini bilməli - İxtisas üzrə 5 il və daha çox iş təcrübəsi - Cinsi – Kişi - MS Office, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Baş mühasib" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq. [hidestr] Company: Investaudit MMC Title: BAŞ MÜHASİB [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 05.11.2020
  • Bitmə tarixi : 05.12.2020
  • Təhsil : Ali
  • Yaş həddi : 30  − 60
  • Əmək haqqı : 1500 AZN
  • Kategoriya :
  • Baxış sayı : 15
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında