MALİYYƏ DİREKTORU
Arsenal Group

Iş haqqında

Həvalə edilmiş departamentin (baş mühasib,mühasib,xəzinədarlar və s.) məqsədlərinin planlaşdırmasının təşkili, nəzarət və müşahidə altında saxlanılması.Mühasibat,hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik - 1.C (8.3 UPP) proqraminda avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi prosesinə rəhbərlik - Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi - Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi - Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi - Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi - Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələndirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi - Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi - Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlayır (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.) - Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi - Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi - Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması - Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması - Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması - Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi - Tədarükçülərin və podratçıların hesablarının ödənilməsininin təmin edilməsi - Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi - Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılmasına rəhbərlik və nəzarət - Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi - Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələr İş qrafiki: - Tam iş günü, iş qrafiki I-VI günlər,saat 9:00-dan 18:00-dək - Ofis Gənclik-Nərimanov ərazisində yerləşir - Əmək haqqı - 2500 AZN + KPİ (sistem qurulduqdan sonra) [b]Namizədə tələblər[/b] - Maliyyə resurslarının paylanma qaydalarını, maliyyə qoyuluşlarının effektivliyinin müəyyən edilməsini bilməli - Maliyyə nəzarətin prinsiplərini bilməli - Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli - Vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını bilməli - Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklər - Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi üzrə biliklər - Müvafiq sahədə (baş mühasib və maliyyə direktoru) ən azı 5 il iş təcrübəsi - Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti - Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti - ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilmək,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə minimum 3 il iş təcrübəsi - 30-45 yaş həddi - Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, mühasibatlıq və oxşar fakultə) - Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi) - Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C [hidestr] Company: Arsenal Group Title: MALİYYƏ DİREKTORU [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 09.11.2020
  • Bitmə tarixi : 09.12.2020
  • Əlqədar şəxs : Bağırova Nüşabə
  • Təhsil : Ali
  • Yaş həddi : 30  − 45
  • Əmək haqqı : 2500 AZN
  • Kategoriya :
  • Baxış sayı : 10
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Arsenal Group
  • Ünvan : Bakı
  • Telefon : (012) 541-26-11 (012) 541-26-10 (055) 798-55-43
  • Link :
  • Mənbə : boss.az