BİZNES ANALİTİK
E-mobile

Iş haqqında

- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi - İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi - İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması - Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi - İstifadəçi tələblərinin analizi nəticəsində Sistem Tələblərinin Spesifikasiyasının (Analiz sənədi) hazırlanması və müştəri ilə razılaşdırılması - Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi - Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi İş şəraiti: - İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə - Əmək haqqı 1200-1700 AZN. (Namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək) [b]Namizədə tələblər[/b] - Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir) - İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 1 il iş təcrübəsi - Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə - Proqramlaşdırmanın və VBİS-nin əsaslarını bilmək - İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə; - Sistem Tələblərinin Spesifikasiyası (Analiz və Dizayn sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi - Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır) - Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı [hidestr] Company: E-mobile Title: BİZNES ANALİTİK [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 27.10.2020
  • Bitmə tarixi : 26.11.2020
  • Əlqədar şəxs : Aysel x
  • Təhsil : Natamam ali
  • Yaş həddi : 27  − 40
  • Əmək haqqı : 1200  − 1700AZN
  • Kategoriya :
  • Baxış sayı : 10
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında