Sinteks Şirkətlər qrupuna hal hazırda Texniki Dəstək üzrə Administrator tələb olunur. [b]Tələb olunan keyfiyyətlər:[/b] • İnformasiya Texnologiyaları sahəsində və ya müvafiq sahə üzrə təhsil, (İT Texniki Dəstək idarə edilməsində müvafiq sertifikatlar arzu olunandır) Təcrübə: • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi Bilik və bacarıqlar: • Rus və Azərbaycan dillərini səlis bilmək (İngilis dili arzu olunandır) • MS Window Operating proqramlarını yaxşı səviyyədə bilmək • Drayverlərin quraşdırılmasını və logların yoxlanılmasını bilmək • Şəbəkə avadanlıqlarının tənzimləməsi bacarığı • MS Domain sistem və Active Directory haqqında əsas biliklər (PC'nin domeninə əlavə edilməsi, GPO'nun, qrup və istifadəçi hüquqlarının yoxlanılması) • MS Office 2013/16/19 məhsullarının quraşdırılması və problemlərinin aradan qaldırılmasını bilmək • MS Outlook proqramını yaxşı səviyyədə bilmək [b]Vəzifələr:[/b] • Şirkətə məxsus bütün kompüterlərin və İT avadanlıqlarının sabit və daimi işləməsini təmin etmək • İnternetin işlək vəziyətdə saxlanılmasına nəzarət və bütün sistemin yenilənməsini təmin etmək • LAN, WAN, WiFi şəbəkələrinin işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq • Əməliyyat sistemlərinin və proqramların işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq • Yeni işə qəbul olunmuş işçiləri lazımı kompüter avadanlıqları ilə təmin etmək • İT Texniki dəstək işlərinin aparılması üçün tələb olunan bütün lisenziyalarının etibarlılığını yoxlamaq [b]İş şəraiti:[/b] - İş günləri: Bazar ertəsi-Cümə (09:30-18:00), Şənbə (10:00-13:00) - AR əmək məcəlləsinə uyğun rəsmiləşmə [hidestr] Company: Sinteks LLC Title: Texniki Dəstək üzrə Administrator [/hidestr]