Beynəlxalq əlaqələr üzrə mütəxəssis
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası

Iş haqqında

Azərbaycan Sahibkarlar Konfederasiyası “Beynəlxalq əlaqələr üzrə mütəxəssis” vakansiyasını elan edir! [b]Tələb olunan keyfiyyətlər:[/b] Ali təhsil (Magistr təhsili arzu olunandır); İngilis dili - yazılı və şifahi yüksək səviyyədə; Rus dili - yazılı və şifahi yüksək səviyyədə Türk dili - şifahi yüksək səviyyədə; Digər xarici dillər bilənlərə üstünlük verilə bilər; Ən azı 2 il iş təcrübəsi; MS Office proqramlarında işləmə bacarığı; Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olmalı; Komandada işləmək və idarəetmə bacarığı. [b]Vəzifələr:[/b] • Şöbənin ümumi işinə dəstək olmaq; • Şöbənin kargüzarlıq və tərcümə işlərini yerinə yetirmək; • ASK maraqları naminə xarici ölkələrdəki Biznesə Dəstək Təşkilatları (BDT) və digər qurumlarla əməkdaşlıq əlaqələrini yaratmaq və inkişaf etdirmək üçün araşdırma işində aktiv iştirak etmək; • ASK-nın xarici ölkələrdəki rəsmi nümayəndələri şəbəkəsini genişləndirmək və bu nümayəndələr ilə koordinasiyanı və əməkdaşlıq əlaqələrini genişləndirilməsi prosesinə dəstək olmaq; • ASK üzvlərinin biznes sahəsində bilik və bacarıqlarının, səriştələrinin artırılması məqsədilə onların həm ölkəmizdə, həm də xarici ölkələrdə təşkil edilən beynəlxalq təlimlərdə iştirakını təmin etmək prosesinə dəstək olmaq; • Müvafiq beynəlxalq layihələr, seminarlar, konfranslar, treninqlər, sərgi, biznes forumlarda və s. tədbirlərdə ASK-nın üzv təşkilatlarının iştirakını təşviq və təmin etmək prosesində aktiv iştirak etmək; • AR-da özəl sektorun beynəlxalq əlaqələri və biznesin inkişafına yönəlmiş beynəlxalq əhəmiyyətli layihə, proqram və digər məsələlərdə ASK adından iştirak etmək və konfederasiya üzvlərinə yeni xidmətlərin göstərilməsi prosesinə dəstək olmaq; • AR-da fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin iqtisadi, sosial, konsulluq və humanitar məsələlərə cavabdeh personalı ilə ASK maraqları naminə əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirilməsi prosesində aktiv iştirak etmək; • ASK üzvlərinə xarici ölkələrdə biznes tərəfdaşlarının tapılması, əlverişli investisiya layihələrinin əldə edilməsi, ixracatın genişləndirilməsi və bu istiqamətdə digər xidmətlərin göstərilməsinə dəstək olmaq prosesində aktiv iştirak etmək; • “ASK Biznes Konsaltinq” MMC-yə (ASK-BK MMC) beynəlxalq əlaqələr və biznesin inkişafı məsələlərində əməli dəstək vermək; • ASK maraqları naminə xarici ölkələrdəki özəl sektor nümayəndələrinin AR-da biznesinin qurulması və inkişafına dəstək vermək prosesində aktiv iştirak etmək; • Şöbəyə daxil olan yazılı və ya şifahi sorğu və müraciətləri şöbə müdiri ilə məsləhətləşib icrasına çalışmaq. [b]İş şəraiti:[/b] • AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi • İş vaxtı 09:00 – 18:00 • İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir) Məlumatlandırıcı qeydlər: • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin; [hidestr] Company: Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası Title: Beynəlxalq əlaqələr üzrə mütəxəssis [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 15.12.2020
  • Bitmə tarixi : 15.01.2021
  • Təhsil : Опыт от 2 il, tam iş günü, ali образование
  • Yaş həddi : 18  − 60
  • Əmək haqqı : 550 AZN
  • Kategoriya :
  • Baxış sayı : 11
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası
  • Mənbə : rabota.az