Mətbuat katibi
Company

Iş haqqında

Vakansiyanın adı : Mətbuat katibi Əsas vəzifə və öhdəliklər: • Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaqla şirkətin fəaliyyəti barədə ictimaiyyətə vaxtaşırı məlumatların çatdırılmasını, təbliğ edilməsini, ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təşkil etmək; • Mətbuat əməkdaşları, KİV nümayəndələri tərəfindən Şirkətə ünvanlanan suallara aidiyyəti üzrə razılaşdırmaqla cavabları hazırlamaq; • Rəhbərliyin mətbuat qarşısında çıxışlarının mətn layihəsini hazırlamaq; • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar mətbuatda dərc edilən, televiziyada təqdim edilən bütün növ xəbərləri, məlumatları toplayaraq, onların analizini aparmaq, rəhbərliyə məruzələr etmək; • Dövrü mətbuatda Şirkətin fəaliyyətinə dair çap olunmuş materialları toplamaq, təhlil etmək; • Şirkətin fəaliyyət planına uyğun olaraq KİV-i vaxtaşırı məlumatlandırmaq; • Məqalə və mətnlər hazırlayaraq yazışmaları həyata keçirmək; • Öz səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə təkliflər vermək, yeni araşdırmalar və tədqiqatlar üzərində işləyərək məlumatlar hazırlamaq; • Şirkətin fəaliyyəti ilə əlaqədar qəzet və jurnallara abunəçilik və onlarla əlaqəli işləri həyata keçirmək. Tələb olunan təhsil və bacarıqlar: • Müvafiq sahədə ali təhsil; • MS Office proqramlarını bilməli; • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı; • Korporativ prosedurlar və etiket qaydaları, KİV qarşısında çıxış etmə, məqalə hazırlama və onların dərc olunma üsullarını, fəaliyyəti üçün tələb olunan dillərin orfoqrafiyasını bilməli; • KİV haqqında qanun və onun tələblərini bilməli; • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli; • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları; • Yüksək kommunikasiya bacarığı. Tələb olunan iş təcrübəsi: • Müvafiq sahəsində ən azı 3 il. Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Mətbuat katibi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. [hidestr] Company: Company Title: Mətbuat katibi [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 03.07.2018
  • Bitmə tarixi : 02.08.2018
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 61
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Company
  • Ünvan : Azerbaijan
  • Link :
  • Mənbə : jobsearch.az