Hüquq departamenti direktorunun müavini
ООО Human Capital Baku

Iş haqqında

[b]Vəzifələri: [/b] Hüquqi yardım ilə bağlı ortaya çıxan bütün məsələlər üzrə bankın siyasətinin icrasının təmin edilməsi; Bankın fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, bankdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəy verilməsini təmin edilməsi; Bankdaxili qaydaların hazırlanması üçün struktur vahidlərinə metodiki tövsiyyələr verilməsi, hazırlanmış sənədlərin hüquqi ekspertizasının keçirilməsi və qüvvədə olan qanunvericiliyə uyğun olmasını təmin edilməsi; Bankın bütün tərəfdaşları ilə bağlanılan əqdlərin (alqı-satqı, kredit, ipoteka, sonrakı ipoteka, girov, forvard, fyuçers müqavilələri, mahiyyətindən asılı olmayaraq digər müqavilələr və əqdlər) qanuniliyinə və bankın hüquqi nöqteyi-nəzərdən mənafelərinə cavab verməsini yoxlanılması və hüquqi rəyin verilməsi; Səhmdarların Ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyətinin qərarları, İdarə Heyəti Sədrinin əmr və sərəncamlarının hazırlanmasında müvafiq strukturlara yardım edilməsi, onların ekspertizasının edilməsi və rəy verilməsi; Hüquq-mühafizə, məhkəmə, vergi orqanları, tərəfdaşlar digər təşkilatlarla hüquqi müstəvidə ortaya çıxan məsələlərin həllində bankın adından çıxış edilməsi;. Bankın tərəfdaşları onun arasında danışıqlar yolu ilə həll olunmayan mübahisələrinin məhkəmə yolu ilə həll olunması üçün qanuvericiliyə müvafiq olaraq, lazımi sənədləşməni aparılması və bankın məhkəmələrdə təmsil edilməsi; Kredit və girov müqavilələrinin, müştəri xidməti üzrə müqavilələrin, bankın digər tərəfdaşları ilə bağlanılacaq əqdlərin qanunvericiliyə uyğun vahid formasını işləyib hazırlanması və struktur vahidlərinə verilməsi. [b]Tələblər: [/b] Ali hüquqi təhsil; Hüquq sahəsində azı 5 il iş təcrübəsi; Azərbaycan və rus dillərində mükəmməl biliklər, İngilis dilini bilən şəxslərə üstünlük verilir; Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyətinə malik olmaq; İdarəetmə qabiliyyətinə malik olmaq; Analitik düşüncə qabiliyyətinə malik olmaq. Qarşıya qoyulan tapşırıqların hüquqi həll yollarının tapılması bacarığı [hidestr] Company: ООО Human Capital Baku Title: Hüquq departamenti direktorunun müavini [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 31.07.2018
  • Bitmə tarixi : 31.08.2018
  • Təhsil : quqi
  • Yaş həddi : 18  − 60
  • Əmək haqqı : 2000  − 2500AZN
  • Kategoriya :
  • Baxış sayı : 55
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : ООО Human Capital Baku
  • Link :
  • Mənbə : jobs.day.az