SATIŞ MƏSLƏHƏTÇİSİ
PRİME Accessories Mağazalar Şəbəkəsi

Iş haqqında

- Mağazada satış etmək və bu işlər haqda administratora hesabat vermək - Aylıq satış planını yerinə yetirmək, o cümlədən çalışdığı mağazanın qarşısına qoyulan hədəfləri və satış planlarının həyata keçirilməsinə kömək etmək - Mağazanın satış etdiyi bütün məhsulları tanımaq, onların qiymətini, texniki parametrlərini bilmək və satış standartlarını (müştəri ilə tanışlıq, ünsiyyət, müştəri ehtiyacını üzə çıxartmaq, müştəriyə ehtiyacına uygun məhsul təklifi, məhsulun təqdimatı, müştəri ehtirazlarına cavab, qiymət müzakirəsi və sövdələşmə) işində tətbiq etmək - Mağazaya daxil olan və mağazada yerləşən bütün məhsullarla bağlı, şirkətin anbarındakı və ehtiyac olduqda digər mağazaların anbarındakı məhsullarla bağlı tam məlumat əldə etmək - Mağazada məhsulların və reklam-informasiya daşıyıcılarının düzülüşünə nəzarət etmək, şirkətin keçirdiyi reklam kompaniyaları haqda tam məlumat əldə etmək - Mağazada müştəriləri qəbul etmək, onların ehtiyaclarını üzə çıxarmaq və ehtiyacına cavab verən ən uyğun məhsul və xidmətləri təklif etmək, həmçinin müştərinin nəzərdə tutmadığı lakin ehtiyacı ola biləcək digər məhsullar barədə müştərini məlumatlandırmaq - Mağazaya daxil olan, mağazanın müştərisi olan və olmayan hər bir insanın rəy, istək və iradlarını öyrənmək, müştərinin ehtiyacı olan, lakin mağaza stokunda olmayan, amma əsas anbarda mövcud olan məhsulların sifarişi üçün mağaza aparıcı mütəxəsisinə məlumat vermək, ehtiyac yarandıqda stoka nəzarət üzrə menecerlər ilə əlaqə saxlamaq və müştərini məlumatlandırmaq - İş qrafiki növbəlidir: I növbə: 09:00-dan 17:00-dək II növbə: 14:00-dan 22:00-dək - Personal hər 2 növbədə çalışacaq [b]Namizədə tələblər[/b] - Cinsi: Kişi və qadın - Yaş: 19-28 yaş - Ali və ya orta təhsilli - Ali təhsillilərə üstünlük veriləcək - Etibarlı, məsuliyyətli, səliqəli və çevik - İnandırma qabiliyyəti yüksək olan, gülərüz, pozitiv, insanlarla tez ünsiyyətə girəbilən, komandada işləmə bacarığına sahib; İşində müştəri məmnuniyyətini əsas amil tutan - Bu sahədə ən azı 1 il iş təcrübəsi olan - Azərbaycan, rus dillərini əla səviyyədə bilməli - Nitq mədəniyyəti olmalı - Xarici görünüşünə əhəmiyyət verməli - Stressə davamlı - Kompüter bilikləri - Fiziki sağlam Maraqlanan namizədlər CV-lərini “Satış Məsləhətçisi” başlığı ilə [email protected] mail adresinə göndərə bilər. [hidestr] Company: PRİME Accessories Mağazalar Şəbəkəsi Title: SATIŞ MƏSLƏHƏTÇİSİ [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 18.09.2018
  • Bitmə tarixi : 18.10.2018
  • Əlqədar şəxs : Ləman Eyvazzadə
  • Təhsil : Orta
  • Yaş həddi : 18  − 26
  • Əmək haqqı : 300  − 500AZN
  • Kategoriya :
  • Baxış sayı : 221
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : PRİME Accessories Mağazalar Şəbəkəsi
  • Ünvan : Bakı
  • Telefon : (055) 489-81-01 (012) 488-67-30
  • Link :
  • Mənbə : boss.az