Marketinq Departamentinin direktoru
Matanat A

Iş haqqında

[b]“Mətanət A” şirkəti Marketinq Departamentinin direktoru vakansiyasını elan edir[/b] [b]İşin təsviri:[/b] Zəruri qısa və uzunmüddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək; fəaliyyət növünü və istiqamətini tövsiyə etmək; direktivləri tətbiq etmək; Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək, təşviqat kampaniyasını istiqamətləndirmək; İstehsalın və məhsulun reallaşdırılmasının perspektiv və cari planlarının tərtibində, yeni satış bazarlarının və məhsulun yeni istehlakçılarının müəyyən edilməsində Marketinq Departamentinin iştirakını təmin etmək; Müvafiq departament və şöbələrlə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcəsinin hazırlanmasında iştirak; Xüsusi müştəri xidmətləri proqramını təşkil və inkişaf etdirərək müştərilərlə əlaqəni təmin etmək; Konvensiyalarda, illik toplantılarda, ticarət assosiasiyalarında və seminarlarda şirkətin iştirakını təmin etmək; Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq; İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırkı və gələcək məhsullara təsir göstərmək; Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istfadəsinin inkişafı; məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək; Marketinq məlumatlarını əldə edərək tərtib etməklə təhqiqat bazasını təmin etmək; İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru addımların atılmasında təşəbbüs göstərmək; İşçilərin planlaşdırılması və təyin olunması ilə Marketinq Departamentinin əməliyyat tələblərini yerinə yetirmək; işin nəticələrini izləmək; Məlumat, təhsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək; Uğurlu nəticələr əldə edərək komanda işinə öz töhvəsini vermək; Bazarın real və potensial alıcılarının tələbatının ödənilməsinə yönəlmiş araşdırmalar aparmaq; Araşdırmaların aparılması üçün iş planları və proqramları hazırlamaq; Rəhbərliyin tapşırıqlarının yerinə yetirmək. [b]İş şəraiti:[/b] İş saatı: 09-00-dan 18-00-dək; İş günü: Həftənin 5 günü. Əmək haqqı: Razılaşma yolu ilə. [b]Tələblər:[/b] Təhsil: Marketinq, iqtisadiyyat, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır); İş təcrübəsi: Marketinq sahəsində minimum 7 il, o cümlədən idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi; Kompüter biliyi: Word, Excel, Power Point, Internet; Dillər: Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli. [b]Şəxsi keyfiyyətləri:[/b] Fikrini izah etmək qabliyyəti; İşə planlı yanaşması; Ünsiyyət yaratmaq bacarığı; Fəal olması; [b]Əlavə şərtlər:[/b] Ezamiyyət imkanları; Xarici pasport. [b]Əlavə tələblər: [/b] Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur. [b]Qeyd[/b] İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər; Bu sahələr üçün ANKET FORMASI-nı doldurub elektron ünvanına göndərin [hidestr] Company: Matanat A Title: Marketinq Departamentinin direktoru [/hidestr]

Qısa məlumat

  • Elanın tarixi : 19.09.2018
  • Bitmə tarixi : 20.10.2018
  • Əlqədar şəxs : Ələkbər m
  • Təhsil : lumat
  • Yaş həddi : 18  − 60
  • Kategoriya :
  • Baxış sayı : 67
  • Vakansiyanın vaxtı bitib!

Şirkət haqqında

  • Şirkətin adı : Matanat A
  • Telefon : +994 (50) 2086695
  • Link :
  • Mənbə : jobs.day.az